İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixael Şumaxer artıq yatağa məhkum deyil – 12 ildən sonra ümid işığı

1359 26.01.2026 12:56 Dünya A A

“Formula-1”in yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhəti ilə bağlı sevindirici xəbər yayılıb.

Musavat.com xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, əfsanəvi pilot artıq yatağa məhkum deyil və tibb işçilərinin köməyi ilə əlil arabasında hərəkət edə bilir.

Bildirilir ki, Şumaxer hazırda tibb bacısı və fizioterapevtin dəstəyi ilə reabilitasiya prosesini davam etdirir. Uzun illər davam edən ağır müalicə və bərpa mərhələsindən sonra onun vəziyyətində müəyyən irəliləyiş qeydə alınıb.

Xatırladaq ki, 2013-cü ildə Mixael Şumaxer Fransanın Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması almışdı. Qəza nəticəsində o, uzun müddət komada qalmış, süni tənəffüs aparatına qoşulmuş və sonrakı illərdə tamamilə yatağa məhkum vəziyyətdə yaşamışdı.

Hadisədən sonra Şumaxerin ailəsi onun sağlamlıq durumu ilə bağlı məlumatları maksimum dərəcədə məxfi saxlayıb. Bu səbəbdən yayılan hər bir xəbər dünya ictimaiyyətində böyük maraq və rezonans doğurur.

Son məlumatlar avtomobil idmanı azarkeşlərinə və Şumaxerin pərəstişkarlarına ümid verən ən pozitiv xəbərlərdən biri kimi qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, bu cür ağır travmalardan sonra hər hansı irəliləyiş böyük nailiyyət sayılır və uzun, səbirli reabilitasiya prosesinin nəticəsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR