Hindistanın baş naziri Narendra Modi sosial şəbəkə X-də Rusiya prezidenti Vladimir Putinin səfərinə həsr olunmuş rusdilli paylaşım edib.
Musavat.com xəbər verir ki, Modi paylaşımında Putini açıq şəkildə “dostum” adlandırıb.
Hindistan lideri bildirib ki, Putinlə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir və Delhi Moskva ilə əməkdaşlığı strateji əhəmiyyətli sayır.
Modinin rus dilində paylaşım etməsi Hindistan–Rusiya əlaqələrinin xüsusi xarakter daşıdığını göstərən siyasi jest kimi qiymətləndirilir.
Musavat.com






