İnsanlara hürriyət, millətlərə istiqlal!

Monteneqro hər zaman Azərbaycana dəstək verir

362 20.12.2025 13:26 Siyasət A A

Azərbaycan və Monteneqro arasında nəinki, ikitərəfli əsasda, çoxtərəfli platformalarda da əməkdaşlıq mövcuddur.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçlə birgə mətbuat konfransında bildirib.

“Ölkələrimiz UNESCO, ATƏT və BMT çərçivəsində əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüslərinə Monteneqro hər zaman dəstək verir. COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin təşəbbüsləri ilə bağlı Monteneqro dəstək nümayiş etdirdi”, deyə nazir qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR