İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramovla Lavrov nədən danışacaq?- Açıqlama

1328 15.07.2026 18:33 Siyasət A A

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında Moskvada görüş keçiriləcək.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

O, deyib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq.

“Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq”, Rusiya XİN nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu yaxınlarda müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin Moskvaya səfərinin vaxtı hələ dəqiqləşdirilməyib və razılaşdırılma mərhələsindədir. Nazir müavini qeyd edib ki, Rusiya tərəfi azərbaycanlı həmkarları ilə Rusiya-Azərbaycan münasibətlərinin bütün istiqamətləri üzrə geniş müzakirələr aparmağı planlaşdırır. “Gündəliyə siyasi əməkdaşlıq, ticarət-iqtisadi əlaqələr, eləcə də mühüm əhəmiyyət daşıyan mədəni-humanitar sahədə ikitərəfli əməkdaşlıq məsələləri daxildir. Bundan əlavə, bütün bu müzakirələrin əsasını 2022-ci ilin fevralında Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanmış “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”nin ardıcıl şəkildə həyata keçirilməsi təşkil edəcək”, deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər müsbət dinamikaya malikdir və aradan qaldırılmış çətinliklərə baxmayaraq, inkişaf etməkdə davam edir.

Prezident vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərə dəyər verir: "Biz həmçinin Rusiyanın rəsmi şəxslərinin, o cümlədən Prezident Vladimir Putinin ikitərəfli münasibətlərin dinamikası ilə bağlı bəyanatlarını görmüşük. İki ölkə arasındakı münasibətlərdə hər kəsə məlum olan çətinliklər olub, lakin bu mərhələ geridə qalıb. Mən deyərdim ki, münasibətlər tamamilə normallaşıb. Təmaslar müxtəlif səviyyələrdə həyata keçirilir: hökumətlər arasında, hökumətlərarası komissiyaların həmsədrləri xətti ilə, xarici işlər nazirlikləri xətti ilə, eləcə də prezidentlərin administrasiyaları tərəfindən. Buna görə də, düşünürəm ki, bu baxımdan hər şey yaxşı gedir və biz buna şadıq".

Prezident, həmçinin, qeyd edib ki, Moskva və Bakı arasındakı münasibətlər həm ikitərəfli format üçün, həm də "daha geniş coğrafiya" üçün vacibdir.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR