İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ilə İrəvan QIRĞINA çıxdı: Hədə, şantaj, Paşinyana narkoman İTTİHAMI... – TV Musavat

373 25.05.2026 15:57 Gündəm A A

Rusiya və Ermənistan dostdurlar və dialoqdadırlar. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Rusiya ilə Ermənistan arasındakı münasibətləri qiymətləndirərkən onları konkret bəyanatlar və rəsmi mövqelər əsasında qurmaq lazımdır. Rusiyanın Ermənistan üçün qaz qiyməti həddindən artıq güzəştlidir, lakin İrəvan Aİİ-dən çıxsa, bu, dəyişəcək”, - o bildirib.

Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələrin pozulmasında maraqlı deyil. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, Ermənistan Rusiya ilə təbii münasibətlərin qorunub saxlanılmasını istəyir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın məzuniyyətdə olan baş naziri Nikol Paşinyanın addımlarının Ermənistanın Rusiya, Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə təhlükə yaratdığını bildirmişdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə Rusiya əleyhinə şüarlarla gəlib və onunla razılığa gəlmək mümkün deyil.

Bunu RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan deyib. “Paşinyan narkotik təcrübələrində hətta Kiyev rejiminin lideri Vladimir Zelenskini də üstələyib. Ən təəccüblüsü odur ki, bu, artıq 2018-ci ildə aydın idi.

Onun hakimiyyətə Rusiya əleyhinə şüarlarla gəldiyi, onunla danışıqlar aparmağın mümkün olmadığı, sadəcə vaxtı uzadıb daha böyük və daha sərfəli bir razılaşma üçün yenidən danışıqlar aparmağı gözlədiyi aydın idi”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi”verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR