İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada KRİTİK görüş başladı, ABŞ-dən isə Zelenski ANONSU – CANLI

778 28.11.2025 15:58 Gündəm A A

Kremldə Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban arasında danışıqlar başlayıb.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yenilənmiş sülh planını ilk dəfə şərh etdi və mətbuat konfransındakı açıqlamaları ilə göstərdi ki, konstruktivlik təəssüratı yaratmaq cəhdlərinə baxmayaraq, Moskva güzəştə getmək istəmir.

“Skay Nyus” məlumat yayıb.

“Putin Vaşinqtonun təklifini gələcək razılaşmalar üçün əsas adlandırıb, eyni zamanda, əvvəlki ərazi ultimatumlarına qayıdıb. Çıxışının əvvəlində o, danışıqlara ciddi hazırlıqdan bəhs edib, Trampın planının ümidverici xarakter daşıdığını vurğulayıb və hətta Avropa təhlükəsizliyi məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib. Amma əsas terminlərə gəldikdə, Putinin barışdırıcı tonu yoxa çıxıb. Putin bir daha Rusiyanın Krım və Donbas üzərində suverenliyinin tanınmasını tələb etdi — məhz bu məqam Amerika planının əvvəlki versiyasını Ukrayna üçün tamamilə qəbuledilməz edib. Bu tələb son layihədən kənarlaşdırılsa da, Rusiya lideri onu danışıqlar gündəliyinə qaytarmağa ümid etdiyini və güzəştə getməyəciyini açıq şəkildə bildirdi. Putin çıxışında birbaşa təhdid də irəli sürüb və bildirib ki, Ukrayna qoşunları tutduqları ərazilərdən geri çəkilməlidir, əks halda Rusiya buna hərbi yolla nail olacaq. O, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyini bir daha şübhə altına alıb, Kiyev isə bunu uzun müddətdir, prosesi gecikdirmək və real dialoqdan yayınmaq cəhdi kimi qiymətləndirir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun gələn həftə növbəti məsləhətləşmələr mərhələsi keçirmək üçün Moskvaya səfər edəcəyi gözlənilir. Lakin Putinin açıqlamalarından sonra müşahidəçilər hər hansı əhəmiyyətli irəliləyiş gözləmir. Amerikalı diplomatın Kremlin yenilənmiş sülh planı layihəsinə razılığını əldə edə bilməsi ehtimalı azdır”, - məlumatda deyilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR