İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəmmalı qəza, əlindən alınan media və həbs – Rusiyada baş redaktorun başına gələnlər

348 27.02.2026 16:57 Dünya A A

Rusiyada müstəqil media mənsubları ətrafında növbəti qalmaqal yaşanır.

Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, müharibə yönümlü "Readovka" nəşrinin keçmiş baş redaktoru və təsisçisi Aleksey Kostılev dələduzluq ittihamı ilə saxlanılıb.

Məlumata görə, o, Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham olunur. Hüquq-mühafizə orqanlarındakı mənbələrin RBK-ya bildirdiyinə əsasən, Kostılev fevralın 25-də saxlanılıb. Bu məlumatı силovik strukturlarına yaxın hesab edilən "Baza" teleqram kanalı da təsdiqləyib.

Xatırladaq ki, 2024-cü ilin payızında Kostılev avtomobil qəzasına düçar olub, ağır xəsarətlər alaraq komaya düşüb. 2025-ci ilin avqustunda isə "Readovka" nəşrinin Rusiyanın Prezident Administrasiyasına yaxın politoloq Andrey Tkaçenkonun nəzarətinə keçdiyi bildirilmişdi. Kostılev bir müddət bu məlumatı təkzib etmişdi.

Bundan əvvəl, 2022-ci ildə Kostılevin Rusiya ordusu üçün nəzərdə tutulan qış geyimləri partiyasının çatdırılmasını pozduğu barədə məlumat yayılıb. "The Bell" və "Meduza" nəşrlərinin birgə araşdırmasında bu fakt ətraflı təsvir olunub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR