İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənninin atası və oğlu faciəli şəkildə öldü – FOTO, VİDEO

1561 09.12.2025 14:05 Hadisə A A

Zərdabda ağır yol qəzası qeydə alınıb.

Musavat.com bildirir ki, hadisə Zərdab–Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, avtomobili AzTV-də keçirilən “Muğam müsabiqəsi”nin iştirakçısı Məftun Məmmədov idarə edirmiş. Hadisə baş verən zaman sürücünün atası İntiqam Məmmədov və onun 2 yaşlı oğlu Tunar Məmmədov dünyasını dəyişiblər.

Məftun Məmmədovun özü, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və uşaqları Uğur və İntiqam xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

06fe5210-d584-4bc9-914c-a23254b9ed07 (2).jpg (85 KB)

e9a0cdb7-0d25-4b1d-86d2-d3c264498400 (1).jpg (70 KB)

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR