İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühasibin döydüyü direktor işdən çıxarıldı

932 29.11.2025 14:26 Hadisə A A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi Kollecin direktoru olmuş Şəhriyar Laçınova qarşı zorakılıq göstərən mühasib barəsində cinayət işi məhkəməyə göndərilib.

Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, mühasib Turab Şabanovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İstintaq materiallarına əsasən, tərəflər arasında gərginlik kollecdə yeni idarəetmə qərarlarının qəbul edilməsi fonunda yaranıb. Turab Şabanov yeni direktorun qərarları ilə razılaşmayıb və onların arasında dəfələrlə mübahisələr baş verib.

Sonuncu mübahisə bu ilin mart ayında kollecin qəbul otağında yaşanıb. Mübahisə zamanı mühasib Turab Şabanov yumruqla direktorun sifət nahiyəsinə zərbə vurub və Şəhriyar Laçınov xəsarət alıb.

İnsidentdən az müddət sonra Şəhriyar Laçınov direktor vəzifəsindən azad edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR