İnsanlara hürriyət, millətlərə istiqlal!

Münhendə dünya düzəni müzakirəsi: Avropa nüvə çətiri qurur?

731 14.02.2026 20:38 Gündəm A A

Məlum olduğu kimi Münhen Təhlükəsizlik Konfransında əsas diqqət Rusiya-Ukrayna müharibəsinə və onun yaratdığı yeni geosiyasi reallıqlara yönəlib. Müharibənin üçüncü ilə yaxınlaşdığı bir dövrdə həm cəbhə xəttindəki vəziyyət, həm də Qərbin Kiyevə dəstəyi məsələsi beynəlxalq təhlükəsizlik arxitekturasının gələcəyini müəyyənləşdirən əsas faktora çevrilib.

Lakin müzakirələr təkcə Ukrayna ilə məhdudlaşmayıb. ABŞ-Avropa münasibətlərində artan gərginlik, Vaşinqtonun qlobal prioritetlərində mümkün dəyişikliklər və Çinin sürətlə artan iqtisadi-hərbi gücü də konfransın gündəliyində xüsusi yer tutub.

Xüsusilə diqqətçəkən məqamlardan biri Almaniya Kansleri Fridrix Merts ilə Fransa Prezidenti Emmanuel Makron arasında aparılan danışıqlar olub. İki lider Münhendə Avropanın nüvə gələcəyini müzakirə edərək, qitənin təhlükəsizlik arxitekturasında mümkün strateji dönüşün siqnallarını veriblər. Avropa dövlətləri arasında nüvə silahına malik olan Fransa köhnə qitənin nüvə müdafiə sistemini təmin  etməyə hazırdır.

Bəs Münhen Təhlükəsizlik Konfransında əsas diqqətin Rusiya-Ukrayna müharibəsinə yönəlməsinin nəticəsi nə ola bilər? ABŞ-Avropa münasibətlərində hansı yeni tendensiyalar müşahidə olunur?

Amerika da Qafqazda söz sahibi olduğuna eyham vurur"

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Almaniya kansleri Fridrix Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ-ın timsalında birqütblü dünyanın çox uzun çəkməyəcəyinə işarə edib. Misal üçün kansler deyib ki, Çin yaxın gələcəkdə hərbi cəhətdən ABŞ-a çatacaq və bu halda Vaşinqton qlobal liderliyini itirə bilər. "Çin uzun illərdir ki, strateji səbrlə bunun üçün zəmin yaradır", - deyə Merts bildirib. Əslində Çinin rolunun artdığını Vaşinqton da inkar etmir. Misal üçün Münhen

Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib ki, Pekin Moskvaya bir telefon zəngi ilə müharibəyə son qoya bilər. Səfir Çinin Rusiyanın Ukraynaya qarşı təcavüzünə qəti dəstək verdiyini bildirib. Amerikalı diplomat həm də onu deyib ki, Çin Rusiyaya ikili məqsədli texnologiyalar satmağı dayandıra bilər. O, həmçinin əlavə edib ki, Pekin Rusiya neft və qazını almağı dayandıra bilər. Ancaq bunların heç biri baş vermir.

Münhen Təhlükəsizlik Konfransında iştirak edən Çinin xarici işlər naziri Van İ isə deyilənləri təkzib edib. “Bu münaqişənin həllində son sözü Çin demir” deyən Van İ Pekinin yalnız sülhü və danışıqları təşviq etdiyini vurğulayıb. Van İ fürsətdən istifadə edərək Münhendə ABŞ dövlət katibi Marko Rubio ilə də görüşüb".

Politoloqun fikrincə, bu görüşdə ABŞ Prezidenti Donald Trampın aprel ayınd Çinə planlaşdırılan səfəri müzakirə olunub. Lakin İran ətrafındakı gərgin vəziyyət bu səfərin təxirə salınmasına səbəb ola bilər:

"Vaşinqton İranı məhz ona görə ram etməsi istəyir ki, Çin İrandan ucuz neft ala bilməsin. Vaşinqton daha əvvəl Veneseulanın Çinə ucuz neft satışının qarşısını aldı".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR