İnsanlara hürriyət, millətlərə istiqlal!

Münhendə Zelenski fəryadı: "Ukraynada vurulmayan bir dənə də olsun elektrik stansiyası qalmayıb"

1111 14.02.2026 15:40 Dünya A A

 

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında dünya liderlərinə səslənərək ölkəsinin üzləşdiyi enerji fəlakətinin miqyasını açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenski Rusiyanın raket və dron hücumları nəticəsində Ukraynanın enerji sisteminin tamamilə hədəfə alındığını bildirib: "Ukraynada Rusiya hücumlarından zərər görməmiş bircə dənə də olsun elektrik stansiyası qalmayıb. Bircə dənə də!"

Prezident çıxışında İranın Rusiyaya tədarük etdiyi "Şahid" dronlarının necə qorxulu bir "ölüm maşınına" çevrildiyini detalları ilə izah edib.

"Şahidlər" artıq əvvəlki kimi deyil: Starlink və reaktiv mühərrik şoku

Zelenski vurğulayıb ki, müharibənin əvvəlində asanlıqla zərərsizləşdirilən sadə dronlar artıq keçmişdə qalıb. İndi İran rejimi Rusiyaya tamamilə fərqli, yüksək texnologiyalı silahlar ötürür:

  • Reaktiv güc: Yeni nəsil dronlar reaktiv mühərriklərlə təchiz olunub və sürətləri kəskin artıb.
  • Yüksək texnologiyalı idarəetmə: Onlar fərqli hündürlüklərdə uça bilir və operator tərəfindən real vaxt rejimində idarə olunur.
  • Starlink sürprizi: Ən dəhşətlisi isə odur ki, bu dronlar hədəfə dəqiq çatmaq üçün Starlink peyk rabitə sistemindən istifadə edirlər.
  • "Dron daşıyan dronlar": Zelenskinin sözlərinə görə, bəzi böyük dronlar artıq digər FPV-dronları (kamikadze dronları) daşıyıb lazımi nöqtədə havaya buraxmaq qabiliyyətinə malikdir.

"İran rejimi dayandırılmalıdır - dərhal!"

Ukrayna lideri İranla heç bir sərhəd və ya tarixi münaqişələrinin olmadığını xatırladaraq, Tehranın bu addımlarını cinayət adlandırıb. O, İran xalqının da dünyadan eyni qətiyyəti gözlədiyini qeyd edib:

"İran rejimi bir əsr ərzində bir çox rejimin edə bilmədiyi qədər çox zərər vurmağa qadirdir. Onlara vaxt verdikcə, yalnız daha çox insan öldürürlər. Onları dərhal dayandırmaq lazımdır. Bu gün İran xalqı dünyadan bizim 24 fevralda ehtiyac duyduğumuz şeyi gözləyir: birlik, qətiyyət və sürət!"

Zelenski həmçinin xəbərdarlıq edib ki, əgər dünya bu texnoloji terrorun qarşısını almasa, sabah bu dronlar yalnız Ukraynanın deyil, Avropanın da infrastrukturunu iflic edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR