İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nadir Qafarzadə oğlan oxuyanım olub, toylara aparmışam"

1521 19.02.2026 16:49 Şou-biznes A A

Könül Kərimova canlı efirdə maraqlı açıqlaması ilə diqqət çəkib.

Əməkdar artist həmkarı Nadir Qafarzadə ilə bağlı illər əvvəl yaşananları bölüşüb.

Sənətçi bildirib ki, bir vaxtlar Nadir Qafarzadə toy məclislərində onunla birlikdə çıxış edib və "oğlan oxuyanı" kimi məclislərə qatılıb. Onun sözlərinə görə, toylarda tez-tez Nadirə görə təşəkkür ediblər və ifası yüksək qiymətləndirilib:

"Həmişə onunla toya gedəndə, Nadirə görə mənə təşəkkür edirdilər. Onun ifasını çox tərifləyirdilər".

Kərimova qeyd edib ki, Nadir Qafarzadə təkcə onunla deyil, həmçinin Ruhəngiz Allahverdiyeva və Nüşabə Ələsgərli ilə də toy məclislərinə qatılıb. Onun sözlərinə görə, həmin dövrdə zarafatla aralarında "kimlə toya gedəcək?" mövzusunda müəyyən rəqabət də yaranıb.

Səsləndirilən fikirlər studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR