İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik qəbul edib sükan arxasına keçdi, saxlanıldı - VİDEO

496 05.02.2026 18:35 Ölkə A A

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Musavat.com xəbər verir ki, sonuncu tədbir zamanı rayon ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb.

Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR