Azərbaycanəsilli türk aktyor Doğukan Güngörlə bağlı yeni iddialar gündəmə gəlib.
Musavat.com xəbər verir ki, aktyorun narkotik maddə testi müsbət nəticə verdiyi üçün o, rol aldığı serialdan çıxarılıb.
İddialara əsasən, bu səbəbdən Doğukan Güngör 4 mövsümdür rol aldığı “Kızılcık şerbeti” serialının heyətindən uzaqlaşdırılıb.
Qeyd olunur ki, “Show TV” narkotik maddə istifadə etdiyi iddia olunan aktyorları efirə çıxarmamaq mövqeyindədir. Bu qərardan sonra Doğukan Güngörün serialdakı səhnələrinin layihədən çıxarıldığı, onun canlandırdığı “Fatih” obrazı üçün yeni aktyor axtarışına başlanıldığı bildirilir.
Könül
Musavat.com






