İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması sülhün təmininə imkan yaradacaq

321 04.12.2025 18:29 Siyasət A A

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasında təsbit olunan ərazi iddialarının çıxarılmasını birdəfəlik sülhün təmin olunmasına imkan yaradacağını bəyan edib.

Musavat.com-un məlumatına görə, nazir bunu ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.

"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq", - C.Bayramov deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR