İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərmin İTV-yə qayıtdı

10062 10.02.2026 04:06 Şou-biznes A A

Televiziya aparıcısı Nərmin Salmanova yenidən İctimai Televiziyaya qayıdıb.

Milli.Az xəbər verir ki, bu barədə o, sosial media hesabında informasiya yayıb.

O, daha əvvəl 6 il yarım çalışdığı və 2025-ci ilin yayında özünü yeni sahədə sınamaq qərarı verdiyi üçün ayrıldığı kanalda fəaliyyətini bərpa edib.

"Təxmin et, kim qayıtdı? Nərmin qayıtdı - bunu dostuna da de. Saat 20:00-da İTV Xəbər proqramında görüşərik", - deyə, Nərmin yazıb.

Xatırladaq ki, Nərmin Salmanovanın yeni fəaliyyət sahəsi "Bakı Metropoliteni" QSC-də mətbuat xidmətinin rəhbəri vəzifəsi olmalı idi. Lakin aparıcının sözlərinə görə, "işə çıxacağı və əmək müqaviləsini imzalayacağı gün bəzi şərtlər dəyişdirildi" və bu səbəbdən əməkdaşlıq baş tutmadı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR