İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib. SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb. Netanyahunun taleyinin naməlum olduğu bildirilir.
İsrail İranın Netanyahunun ofisinə raket hücumu barədə xəbərləri təkzib edib.
Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub. İsrail tərəfdən məsələyə münasibət bildirilməyib.
İran İsrailin Beer-Şeva bölgəsinə ballistik rakerlərlə hücum edib. Hücumlarda biri ağır olmaqla, iki nəfər xəsarət alıb.
Səudiyyə Ərəbistanı dron hücumuna məruz qalan “Ras Tanura” neft təsisatı müvəqqəti olaraq bağlanıb.
“ABŞ İran rejimini iki-üç həftə ərzində məhv etməyi planlaşdırıb”. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Azər Həsrətlə İranı müzakirə edir.






