İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyukaslda “Qarabağ”a dəstək - FOTOLAR

544 24.02.2026 23:40 İdman A A

“Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" klubunun qonağı olacaq. Qarşılaşmanın keçiriləcəyi “Sent Ceyms Park” stadionu ətrafında artıq xüsusi canlanma müşahidə olunur.

Müxtəlif şəhərlərdən gəlmiş azərbaycanlı azarkeşlər komandamıza dəstək olmaq üçün stadiona üz tutublar.

AZƏRTAC-ın Nyukasla ezam olunmuş müxbiri stadion önündən fanatların coşqusunu əks etdirən fotoları təqdim edir.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq matçı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyukasl

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR