İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlu Maduro haqqında danışdı

1205 06.01.2026 01:20 Dünya A A

Maduronun oğlu: “Nikolas Maduro mütləq Venesuelaya qayıdacaq”

ABŞ-nin xüsusi təyinatlı qüvvələri tərəfindən saxlanıldığı bildirilən Venesuela lideri Nikolas Maduronun gələcək taleyi ilə bağlı açıqlama verilib.

Musavat.com xəbər verir ki, Nikolas Maduronun oğlu, Venesuela parlamentinin üzvü Nikolas Maduro Qerra parlament iclasında çıxışı zamanı bildirib ki, atasının ölkəsinə qayıdışı qaçılmazdır.

Onun sözlərinə görə, bu proses Venesuela xalqının həm ölkə daxilində, həm də xaricdə nümayiş etdirdiyi birlik və həmrəylik sayəsində baş tutacaq. Maduro Qerra vurğulayıb ki, xalqın iradəsi istənilən xarici təzyiqdən güclüdür.

Deputat eyni zamanda Venesuela Ali Məhkəməsinin qərarına əsasən dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edən vitse-prezident Delsi Rodrigesə tam dəstək ifadə etdiklərini bildirib və ölkədə konstitusion idarəçiliyin davam etdiyini vurğulayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR