İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlara “robot nəvələr” paylanır

949 02.12.2025 10:17 Texnologiya A A

Cənubi Koreyada sosial xidmət orqanları yeni pilot layihəyə start verib: tənha yaşayan yaşlı insanlara “robot nəvə” funksiyası daşıyan kiçik süni intellekt cihazları verilir.

Musavat.com xəbər verir ki, bu cihazlar yaşlılara həm mənəvi, həm də praktiki dəstək məqsədi daşıyır.

Robotlar 7 yaşlı uşaq səsi ilə danışır, sahiblərini dərman qəbuluna vaxtında əməl etməyə çağırır, qayıdanda “xoş gəldiniz” kimi səmimi ifadələrlə qarşılayır və evdə varlığını hiss etdirərək təkliyi azaltmağa kömək edir.

Sosial işçilərin sözlərinə görə, belə robotlar yaşlılarda tənha qalma stressini azaldır, gündəlik ritmi tənzimləyir və emosional rahatlıq yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR