İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu əməliyyata başladı: Kürdlər dinc sakinləri atəşə tutur – Ölənlər var

1450 07.01.2026 16:40 Dünya A A

Hələbdə təhlükəsizlik vəziyyəti kəskinləşib və şəhərin bir neçə rayonunda silahlı toqquşmalar başlayıb.

Musavat.com xəbər verir ki, Suriya hökumətinə yaxın mənbənin Al Jazeera kanalına bildirdiyinə görə, Suriya Ərəb Ordusu əməliyyatı beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirir.

Məlumata əsasən, hərbi əməliyyat çərçivəsində dinc əhalinin təxliyəsi təmin olunacaq, zərbələr isə yalnız silahlı qruplara endiriləcək. Qeyd edilir ki, əməliyyat yerli qərar əsasında və Hələb sakinlərinin tələbi ilə başlanıb.

“Al-İxbariya” telekanalının məlumatına görə, Suriya Demokratik Qüvvələrinin (SDF) silahlıları Hələbin Şeyx-Maksud və Əşrəfiyyə rayonlarını tərk etməyə çalışan dinc sakinlərə atəş açaraq onların bölgədən çıxışına mane olublar.

Müəyyən edilmiş vaxt bitdikdən sonra Şeyx-Maksud rayonunun kənarında Suriya Ərəb Ordusu ilə SDF qüvvələri arasında silahlı toqquşmaların başladığı bildirilir.

Hələb Səhiyyə İdarəsinin açıqlamasına görə, son 24 saat ərzində SDF-in hücumları nəticəsində 4 mülki şəxs həlak olub, 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Syria Now portalına danışan hərbi mənbə isə bildirib ki, Şeyx-Maksud rayonunun ətrafında SDF sıralarından qaçan iki silahlı qrupun təhlükəsizliyi təmin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR