İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl apteklər də prosesə qoşulur: vətəndaşların dərmanla təminatı belə olacaq

885 08.12.2025 11:50 Səhiyyə A A

Ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək.

Musavat.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də bildirib.

Onun sözlərinə görə, aptek lisenziyası olan və müvafiq əczaçılıq üzrə sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər:

“Aptek təşkilatlarının müraciəti əsasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi formasına uyğun Agentlik və apteklər arasında müqavilələr bağlanacaq. Bütün iş prosesi müqavilənin şərtlərinə uyğun tənzimlənəcək”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR