Suriya təhlükəsizlik qüvvələri Palmiradakı təhlükəsizlik qərargahına edilən son hücumda iki Amerika əsgərinin ölümünə səbəb olan beş şübhəlini saxlayıb.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, qurumun bölmələri kəşfiyyat xidməti və beynəlxalq antiterror koalisiyası ilə koordinasiyalı şəkildə "beş şübhəlinin saxlanıldığı" əməliyyat keçirib.
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü bir yaraqlı beynəlxalq koalisiya nümayəndə heyətinin iştirakı ilə daxili təhlükəsizlik qüvvələri rəhbərliyinin iclasının keçirildiyi qərargaha hücum edib.
Musavat.com






