İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayış baş verən plazanın sahibi: Binaya yeraltı qaz sızıb - VİDEO

2502 24.11.2025 11:45 Hadisə A A

"Yolda magistral qaz xətti çəkirdilər. Qazıntı zamanı traktorlar həmin xətti zədələmişdilər. Üç gün bundan əvvəl isə dedilər ki, həmin zədələnməni bərpa ediblər. İndi isə görünür ki, bərpanı düzgün etməyiblər, qaz sızması olub və nəticədə partlayış baş verib".

Bu sözləri Musavat.com-a açıqlamasında bu gün səhər saatlarında partlayış baş verən "AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.

O, qeyd edib ki, rəhbəri olduğu binada qaz olmayıb:

"Burada hazırda dayandığımız yerin altından böyük qaz xətti keçir və burada qaz sızması var. Burada dayanmağın özü belə təhlükəlidir. Binada qaz yoxdur. Bizdə qaz çardaqdadır, havalar yaxşı keçdiyindən qaz qoşulmayıb. Qaz zirzəmiyə toplanıb və işçi gəlib işığı yandıran kimi qaz partlayışı baş verib. Hələ ki, nə qədər zərər dəydiyi hesablanmayıb. Bütün bunlar məsuliyyətsizlik nəticəsində baş verib".

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində güclü partlayış baş verib. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR