İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan kilsənin əxlaq qaydalarına əl atdı: Subaylıq institutu sual altındadır

388 15.12.2025 15:06 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin (AAK) yenilənməsi üzrə “Yol Xəritəsi”nin növbəti hissəsini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu bölmə kilsə ruhani heyətinin əxlaqi davranış qaydalarına və həmin qaydalara əməl olunmasının təminatlarına həsr olunub.

Paşinyanın sözlərinə görə, hazırda Ermənistanda faktiki olaraq ruhanilərin davranışını tənzimləyən aydın və sistemli əxlaq qaydaları mövcud deyil. Bu isə həm evli, həm də subay (selibat) ruhani şəxslərə aiddir.

Baş nazir xüsusilə vurğulayıb ki, episkoplar subaylıq institutunun saxlanılıb-saxlanılmaması məsələsini müzakirə edib qərar verməlidirlər. Onun fikrincə, əgər selibat saxlanılacaqsa, aydın şəkildə müəyyənləşdirilməlidir: bu, episkop olmaq üçün mütləq şərtdirmi, yoxsa həm subay, həm də evli episkopların mövcudluğuna icazə verilə bilər?


Paşinyan bildirib ki, hazırda selibat anlayışı ətrafında müxtəlif yozumlar və ziddiyyətli izahlar mövcuddur və bu da ciddi problemlər yaradır.

“Ruhani təbəqə bu qaydaları özü müzakirə edib qəbul etməlidir. Amma qəbul edilən bütün kanonlar ictimaiyyətə açıq şəkildə dərc olunmalı və cəmiyyət üçün əlçatan olmalıdır. Eyni zamanda, hansı qayda pozuntusunun ruhani xidmətlə bir araya sığmadığı dəqiq müəyyənləşdirilməlidir”, – deyə Paşinyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR