İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyadan bir az da aralandı - “Putin buna görə..."

907 07.05.2026 19:08 Siyasət A A

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacağını açıqlayıb. O, qərarını ölkədə seçki kampaniyasının başlaması ilə əlaqələndirib və bu barədə əvvəlcədən Vladimir Putini məlumatlandırdığını bildirib. Halbuki bir müddət əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Paşinyanın tədbirə rəsmi şəkildə dəvət olunduğunu açıqlamışdı.

Paşinyanın Moskva paradından imtinası iki ölkə münasibətləri fonunda yeni müzakirələr yaradıb. Bu qərar, sadəcə, daxili siyasi proseslərlə bağlıdır, yoxsa Moskva-İrəvan xəttindəki gərginliyin növbəti göstəricisidir? Ermənistan liderinin tədbirə qatılmaması Kreml tərəfindən necə qarşılanacaq? Bu addım iki ölkə arasında münasibətlərə təsir edə bilərmi?

“Fransa bu xalqları öz müstəmləkə siyasəti ilə məhv edir”-Mübariz Göyüşlü

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a açıqlamasında Paşinyanın bu qərarının yalnız daxili siyasi proseslər və ya seçkilərlə bağlı olduğunu hesab etmədiyini qeyd edib: "Bu qərarın kökündə Paşinyanın hakimiyyətə gəldiyi dövrdən etibarən Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan proseslər dayanır. Çünki tərəflər arasında zaman-zaman gərginliklər artsa da, müəyyən mərhələlərdə bu ziddiyyətlər qismən aradan qaldırılır. Lakin ümumi mənzərə və siyasi xətt dəyişmir.

Yəni, münasibətlərdə gərginlik notları qalmaqda davam edir. Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmaq istəyi, eləcə də bu istiqamətdə atdığı addımlar açıq şəkildə hiss olunur. Bu isə təbii olaraq Rusiyada narazılıq yaradır. Buna baxmayaraq, Paşinyan hakimiyyəti öz siyasi xəttini dəyişmir və Ermənistanı Rusiyanın təsir dairəsindən tədricən çıxarmağa çalışır. Düşünürəm ki, Paşinyanın bu tədbirə qatılmaması da onun əvvəlki addımları kimi Rusiya hakimiyyətində, xüsusilə Vladimir Putində narazılıq yaradacaq. Çünki bu, Moskvanın müsbət və ya anlayışla qarşılayacağı məsələ deyil.

Lakin məsələ təkcə narazılıqla məhdudlaşmır. Bu addım həm də Ermənistanın Rusiyanın orbitindən uzaqlaşması istiqamətində atdığı siyasi kursun davamı kimi qiymətləndirilir. Təbii ki, bu da iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Çünki həmin paradda iştirak məsələsi Rusiya üçün yalnız formal tədbir deyil, həm də ciddi ideoloji və siyasi məna daşıyır. Rusiya bu tədbiri İkinci Dünya Müharibəsində qələbənin simvolu, rus dövlətçiliyinin və “rus dünyası” ideologiyasının təbliği baxımından mühüm platforma hesab edir. Bu səbəbdən tədbirə qatılan və ya qatılmayan ölkələrə Moskva daha çox Rusiyaya və şəxsən Putinə münasibət prizmasından yanaşır. Bu mənada Paşinyanın qərarı Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin daha da dərinləşməsinə mənfi təsir göstərə biləcək amillərdən biri olacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR