İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan etiraf, Putindən mesaj – Bakı üzərindən yeni iqtisadi xətt

1223 01.04.2026 20:10 Siyasət A A

Moskvada keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında diqqətçəkən açıqlamalar səslənib.

Musavat.com xəbər verir ki, Paşinyan Azərbaycan üzərindən həyata keçirilən nəqliyyat əlaqələrinin Ermənistan-Rusiya iqtisadi münasibətlərinə müsbət təsir göstərdiyini etiraf edib.

Onun sözlərinə görə, dəmir yolu daşımalarının bərpası və genişlənməsi regionda iqtisadi əlaqələrin canlanmasına səbəb olur və bu proses Ermənistan üçün yeni imkanlar yaradır. Görüş zamanı Paşinyan Putinə Azərbaycanla münasibətlərin normallaşmasına göstərdiyi dəstəyə görə təşəkkür edib və sülh prosesinin əhəmiyyətini vurğulayıb. Rusiya prezidenti isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Paşinyanın səyləri nəticəsində regionda sabitlik istiqamətində ciddi irəliləyiş əldə olunub. Putin əlavə edib ki, Ermənistanda seçkilər fonunda artan siyasi gərginliyin Moskva ilə İrəvan arasındakı münasibətlərə mənfi təsir göstərməyəcəyinə ümid edir.

Onun sözlərinə görə, Rusiya ilə Ermənistanı “sivilizasiya baxımından ortaq dəyərlər” birləşdirir və Moskva hər zaman erməni xalqının maraqlarına uyğun addımları dəstəkləyir.

Rusiya prezidenti vurğulayıb ki, regionda sabitliyin qorunması və tərəfdaşlıq münasibətlərinin davam etməsi həm Ermənistan, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR