İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan naxçıvanlılara MÜJDƏ? – Yeni GƏLİŞMƏ

955 19.01.2026 15:34 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında ölkəsinin Naxçıvanla maneəsiz əlaqəni təmin etməyə hazır olduğunu bəyan edib.

Sitat: “Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istərdim: razılaşdırılmış şərtlər çərçivəsində biz bu istiqamətdə, o cümlədən dəfələrlə bəyan etdiyimiz prinsiplərə uyğun olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək istəyinə və mütləq irəliləyəməyə hazırıq. Biz Ermənistanda münaqişə məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə doğru getməliyik”.

Bəs parlament seçkilərindən əvvəl Paşinyan buna gedə bilərmi? Söhbət hələllik avtomobil yolunun açılmasından gedir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Musavat.com-a qeyd edib ki, parlament seçkiləri Paşinyan üçün önəmlidir:

“Amma elə bir şərait yaranıb ki, hətta Paşinyan istəməsə belə, bu yolun açılması qaçılmazdır. Çünki bu yol kritik məsələlərin həllinə aparıb çıxarır. Əvvəla, artıq ABŞ da bu məsələyə qarışıb və proses faktiki olaraq ortaq layihə kimi həyata keçirilir. Üstəlik, Orta Asiya və Türkiyənin öz logistika imkanlarını səfərbər etməsi, bu gün Rusiyadan yan keçən yollara ehtiyacın yaranması, eləcə də Ermənistanın Gürcüstan yollarının bağlanması səbəbindən çətin vəziyyətdə qalması bu məsələnin nə qədər vacib olduğunu göstərir. Bununla yanaşı, İranda baş verən hadisələr və digər geosiyasi proseslər də nəzərə alındıqda, bu yolların açılmasının zəruriliyi daha aydın görünür. Yəni çoxsaylı amillər var ki, nəticə etibarilə bu yollar açılmalıdır”.

Fərəc Quliyev: “İstiqlalçı deputatlara dövlət qayğısı artmalıdır”

Partiya sədrinin sözlərinə görə, Paşinyan bunu elə bir vaxta salmağa çalışır ki, proses seçkilərə qədər baş tutsun:

“Bu da anlaşılandır, çünki hər kəs mövcud imkanlardan maksimum istifadə etməyə çalışır”.

Fərəc Quliyev qeyd edib ki ,Naxçıvan üçün, eləcə də Azərbaycanın digər bölgələri üçün bu yolun əhəmiyyəti onsuz da ortadadır:

“Amma məsələnin ən mühüm tərəfi ondan ibarətdir ki, bu addım Türk dünyasının hər mənada bir arada olmasına xidmət edir. Həm iqtisadi, həm siyasi dividendlər baxımından bu proses olduqca önəmlidir. Türkiyənin artıq təkcə bölgə dövləti deyil, qlobal gücə çevrilməsi, Azərbaycanın strateji əhəmiyyətinin artması və bu kilid nöqtənin Orta Şərqə, Yaxın Şərqə və daha geniş coğrafiyaya çıxış baxımından rolunun güclənməsi məsələnin mahiyyətini daha da dərinləşdirir.

Bununla yanaşı, yeni enerji qaynaqlarının daşınması ilə bağlı bəzi böyük dövlətlərin müqavilələr bağlaması da diqqət çəkir. Xüsusilə Orta Asiyada yerləşən uran yataqlarının daşınması, kobalt ehtiyatları ilə bağlı layihələr bu marşrutun əhəmiyyətini artırır. Türkiyənin kobalt ehtiyatlarını reallaşdırmaq imkanları, Çinin bu yoldan istifadə etməsi və artıq Fars körfəzində yaranmış ziddiyyətlər və çətinliklər fonunda bu marşruta üstünlük verməsi onu göstərir ki, söhbət çox geniş və çoxşaxəli maraqlardan gedir”.

F..Quliyev hesab edir ki, bu, Azərbaycan–Ermənistan münasibətlərinə də yaxşı mənada töhfə verə biləcək bir hadisədir:

“O demək deyil ki, baş verənləri unudacağıq. Amma gələcəyi qurarkən onu təkcə nifrət və münaqişə üzərində inşa etmək niyyətində də deyilik”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR