İrəvanda Qarabağ separatçılarının nümayəndəliyinin ilin sonuna qədər bağlanacağı və ya müsadirə ediləcəyi ehtimal olunur.
Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, separatçılar nümayəndəliyin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər.
Onların sözlərinə görə, hüquq-mühafizə orqanlarının əsas hədəfi keçmiş Qarabağ separatçılarının lideri Samvel Şahramanyandır. Bir gün əvvəl İstintaq Komitəsi əlavə təfərrüatlar vermədən cinayət işi çərçivəsində "zəruri istintaq hərəkətləri" apardığını elan edib.
Separatçı Njde İskandaryan bildirib ki, müstəntiqlər dörd saatdan çox davam edən axtarışlardan sonra kompüteri müsadirə ediblər. O əvvəllər qeyd edib ki, məhkəmə qərarı İstintaq Komitəsinə zəruri hallarda sənədləri müsadirə etməyə icazə verir.
Musavat.com






