İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqondan Harvarda SƏRT ultimatum: "Biz döyüşçü yetişdiririk, "vouk"çu yox!"

1023 07.02.2026 16:19 Dünya A A

ABŞ-ın Müdafiə naziri Pit Heqset ölkənin ən nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Universiteti ilə bütün akademik və peşəkar əlaqələrin kəsildiyini rəsmən elan edib.

Musavat.com xəbər verir ki, Pentaqon rəhbəri bu qərarı universitetin milli maraqlara zidd fəaliyyəti və "radikal ideologiyaların mərkəzinə" çevrilməsi ilə əsaslandırıb.

Nazir Heqsetin bəyanatına görə, Müdafiə Nazirliyi Harvardda həyata keçirilən bütün peşəkar hərbi təhsil, təqaüd və sertifikat proqramlarını dayandırır. 2026-2027-ci tədris ilindən etibarən aktiv hərbi qulluqçuların bu universitetə göndərilməsi tamamilə dayandırılacaq.

Pit Heqset qərarın səbəblərini açıqlayarkən Harvard rəhbərliyinə qarşı ağır ittihamlar irəli sürüb:

Çinlə əlaqələr: Universitetin tədqiqat proqramlarının Çin Kommunist Partiyası ilə sıx tərəfdaşlıq etdiyi iddia olunur.

HƏMAS və antisemitizm: Nazir qeyd edib ki, universitet rəhbərliyi kampusda HƏMASın hərəkətlərinin tərənnüm edildiyi, yəhudilərə qarşı hücumların pərdələndiyi bir mühitə göz yumub.

İrqi diskriminasiya: Harvardın Ali Məhkəmənin qərarlarını pozaraq hələ də irqi mənsubiyyətə əsaslanan kvotaları və "vouk" (woke) ideologiyasını təşviq etdiyi vurğulanıb.

"Harvard "vouk"dur (liberal radikalizm), Müdafiə Nazirliyi isə yox. Biz döyüşçü yetişdiririk, "vouk"çu yox. Harvard: sənə uğurlar!" — deyə Heqset "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"Hərbçilərimiz Harvarddan başqa adam kimi qayıdırlar"

Heqsetin sözlərinə görə, uzun illər ərzində ordunun ən istedadlı zabitləri Harvardın hərbi sinfi daha yaxşı anlayacağı ümidi ilə oraya göndərilib. Lakin nazir hesab edir ki, nəticə əksinə olub: "Zabitlərimiz oradan ordunun döyüş qabiliyyətini artırmayan, əksinə, qlobalist və radikal ideologiyalarla zəhərlənmiş halda qayıdırlar".

Pentaqon rəhbəri əlavə edib ki, yaxın həftələrdə digər "Ayvi Liqası" (Ivy League) universitetləri ilə də bənzər əməkdaşlıq proqramları nəzərdən keçiriləcək. Hazırda Harvardda təhsil alan hərbçilərə isə öz kurslarını bitirməyə icazə veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR