İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: ABŞ Qrenlandiya üzərində nəzarəti yaxın aylarda ələ keçirə bilər

406 06.01.2026 01:12 Dünya A A

ABŞ-ın Qrenlandiya üzərində nəzarət qurmaq ehtimalı ilə bağlı Qərb mediasında diqqətçəkən iddialar səsləndirilib.

Musavat.com xəbər verir ki, Politico nəşri rəsmilər və ekspertlərin proqnozlarına istinadla yazır ki, ABŞ Qrenlandiya üzərində nəzarəti artıq yaxın aylarda əldə edə bilər.

Məlumata görə, bu proses ya ABŞ-ın müstəqilliyinin 250 illiyinin qeyd olunacağı 4 iyul tarixinə qədər, ya da noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində reallaşa bilər.

Nəşrin sorğu keçirdiyi analitiklər belə bir ssenarinin risklərini “real və ciddi” kimi qiymətləndiriblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR