İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “Rossiyski Soros” yaradır - Dünya bu xəbərlə ÇALXALANIR

1397 10.12.2025 13:25 Gündəm A A

Rusiya prezidenti Vladimir Putin “Beynəlxalq layihələr” fondunun yaradılması haqqında fərman imzalayıb.

Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır.

Bu, “Rossiyski Soros” yaradılması deməkdir? Rusiya bununla nə etmək istəyir?

CİNGİZ SON.jpg (299 KB)

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a şərhində bildirib ki, Rusiya hökuməti sanki başını itirib və nə etdiyini bilmir:

“Bu cür fondlar yaradıb guya beynəlxalq əməkdaşlığı təşviq etməkdənsə, onlara vəsait ayırmaqdansa öz əhalisinin yaşayışı qayğısına qalsa, daha yaxşı olardı. Rusiyada bu gün sosial vəziyyət yaxşı deyil, cinayətkarlıq maksimum həddədir, demoqrafik vəziyyət hər il mənfiyə doğru gedir. Rüşvətxorluq, korrupsiya hökm sürür, əhalinin maddi durumu günbəgün pisləşir, Rusiya iqtisadiyyatı məhv olmaq səviyyəsindədir.

Aparılan yanlış siyasət nəticəsində dünyada rusofobiya yaranıb. Beynəlxalq Layihələr Fondunun maliyyələşməsini necə həyata keçirəcəklər? Bu, aydın deyil. Rusiyada işçilərə əməkhaqqı verilməsində çətinliklər yaşanır. “Rossiyski SOROS Fondu” yaratmaq istəyirlər? Bu cür fondun yaradılmasının tərkibində yeni imperiya ambisiyalarının təzahürləri görünməkdədir. Rusiyanın digər dövlətlərə qarşı yuxarıdan aşağı baxmaq siyasəti qalırsa, onda Rusiyanın digər dövlətlərlə necə əməkdaşlığından söhbət gedə bilər.

Hesab edirəm ki, bu fondun yaradılması həm də Rusiyanın özünə yeni agentura şəbəkəsi qurmaq və mövcud agentura şəbəkəsini qorumaq məqsədi güdür. Müxtəlif ölkələrin daxilində ictimai, siyasi proseslərə təsir etmək, yönləndirmək də hədəflərdən biridir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR