İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" - "Fənərbağça" oyunu zamanı maraqlı anlar: yanğın söndürməyə getdilər - VİDEO

895 11.01.2026 14:05 Maraqlı A A

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Superkubokunun finalında əzəli rəqiblər – "Qalatasaray" və "Fənərbağça" üz-üzə gəlib. "Fənərbağça" 2:0 hesablı qələbə ilə Superkuboka sahib çıxıb.

Musavat.com xəbər verir ki, matç boyunca bütün azarkeşlər bu maraqlı qarşılaşmanın həyəcanını yaşayıb.

Lakin finalı izləyən türkiyəli yanğınsöndürənlər də sosial medianın müzakirəsinə səbəb olan maraqlı anlar yaşayıblar. Belə ki, matç zamanı yanğın siqnalı verilib və yanğınsöndürənlər oyunu yarımçıq qoyub saniyələr içində hadisə yerinə yollanıblar.

Bununla bağlı maraqlı anlar kameralar tərəfindən qeydə alınıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR