İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dənizdə faciə: bir tankerdə PARTLAYIŞ, digəri hücuma məruz qaldı - FOTO, VİDEO

1126 28.11.2025 23:20 Dünya A A

Qara dənizdə “Kairos” və “VIRAT” adlı iki ayrı tankerdə baş verən partlayışlar Türkiyə sahil mühafizəsi və xilasedici qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Musavat.com xəbər verir ki, hər iki insident qısa zaman fasiləsi ilə qeydə alınıb və gəmilərdə yanğınla müşayiət olunan fövqəladə vəziyyət yaranıb.

“KAIROS” TANKERİ

Misirdən Rusiyanın Novorossiysk limanına yollanan, 274 metr uzunluğundakı “Kairos” tankeri İstanbul Türkeli fenerindən 52 mil məsafədə partlayış və yanğınla üzləşib.

Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə:

Gəmidə 25 nəfərlik heyət olub;

Hadisə barədə daxil olan məlumatdan sonra KEGM-9, KEGM-10, “Kurtarma-12” römorkörü və “Nene Hatun” Fövqəladə Müdaxilə Gəmisi dərhal bölgəyə göndərilib;

Bütün heyət üzvləri dənizdən sağ-salamat çıxarılaraq təxliyə edilib; 

İlk dəyərləndirmələr yanğının “xarici təsir” nəticəsində baş vermiş ola biləcəyini göstərir.

“VIRAT” TANKERİ

Türkiyənin Denizcilik Baş İdarəsi açıqlayıb:

“VIRAT” tankerinin Qara dənizdə təxminən 35 dəniz mili açıqda zərbə aldığını bildirib;

Hadisə yerinə xilasetmə gəmiləri və yaxınlıqdakı kommersiya gəmisi yönləndirilib;

Gəmidə olan 20 nəfərlik heyətin vəziyyəti yaxşıdır;

Makinə şöbəsində güclü tüstülənmə müşahidə edilib.

RƏSMİ AÇIQLAMA

Kocaeli valisi İlhami Aktaş hadisə ilə bağlı bildirib ki:

“Gəmiyə çatılıb, Sahil Güvenlik, xilasedicilər və təcili tibbi yardım qrupları ərazidədir. Partlayışın səbəbi hələlik məlum deyil, heyətin vəziyyəti stabildir”. 

Hər iki tankerdə baş verən partlayışların səbəbləri araşdırılır. Türkiyə rəsmiləri prosesin nəzarət altında saxlanıldığını bildirir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR