İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" Bikalyo ilə bağlı yekun qərarını verdi

6067 28.12.2025 17:40 İdman A A

"Qarabağ" "Botafoqo"nun Pedro Bikalyo üçün göndərdiyi ikinci təklifi də geri çevirib.

Braziliya təmsilçisi Ağdam klubunun qapısını yaxşılaşdırılmış şərtlərlə döysə də, "yox" cavabı alıb.

"Köhlənlər"in rəhbərliyi 23 yaşlı Bikalyonun ən azı yaya qədər heyətdə qalmasını vacib sayır.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində 6 tura 7 xal toplayıb. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində pley-offa yüksəlmək şansını qoruyur. Təmsilçimiz yanvarın 21-də evdə "Ayntraxt"la, 28-də isə "Enfild"də "Liverpul"la qarşılaşacaq. (fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR