İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş ölkə ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı – Sabahdan başlayır, 40 gün davam edəcək

1919 21.12.2025 13:43 Dünya A A

Türkiyənin böyük hissəsinin Yeni ilə qar yağışıyla girəcəyi proqnozlaşdırılır.

Musavat.com-un xəbərinə görə, xalq arasında “qara qış” adlandırılan soyuqlar sabahdan etibarən başlayır və təxminən 40 gün (30 yanvara qədər) davam edəcək.

Bu dövrdə havanın temperaturu sürətlə enəcək, bir çox bölgədə leysan və qar yağışı müşahidə olunacaq. Həftəsonu İstanbulda 13–14, İzmirdə isə 17 dərəcə ətrafında olan temperaturun 22 dekabrdan etibarən 4–5 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır. Ankarada da soyuq hava öz təsirini artıracaq. İstanbul və ətraf bölgələrdə bazar gecəsindən etibarən başlayacağı gözlənilən leysan yağışlarının həftə boyunca davam edəcəyi bildirilir.

Hava durumu ilə bağlı açıqlama verən professor Orhan Şen Aralıq dənizi, Egey sahilləri və Cənub-Şərqi Anadolu istisna olmaqla, bir çox bölgədə 2026-cı ilin ilk günlərində qar yağışı gözlənildiyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR