İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Natiq Kərimovla vida mərasimi keçirilib

475 29.08.2025 16:09 Ölkə A A

Qax rayonunun Oncallı kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Natiq Zeynal oğlu Kərimovla vida mərasimi keçirilib.

Report-un Şimal-qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

N.Kərimov 1971-ci il avqustun 3-də anadan olub. 1993-cü il aprelin 2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb. 

Şəhidin nəşinin qalıqları Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR