İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızarmış göz qapaqları bu xəstəliyin əlamətidir - DİQQƏT

775 16.04.2025 11:30 Yaşam A A

Göz qapaqlarının davamlı qızarması və şişməsi blefarit adlı xroniki göz xəstəliyinin göstəricisi ola bilər.

Milli.Az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Mutlu Acarın sözlərinə görə, bu xəstəlik göz qapaqlarında yerləşən yağ vəzilərinin funksiyasının pozulması nəticəsində yaranır və vaxtında müalicə olunmazsa, ciddi fəsadlara səbəb ola bilər.

Blefaritin simptomları arasında kirpik dibində qabıqlanma, səhərlər göz qapaqlarının yapışması, qaşınma, yanma və bulanıq görmə yer alır. Prof. Acar erkən diaqnoz və müntəzəm göz qapağı baxımının xəstəliyin idarəsində əsas rol oynadığını vurğulayıb.

Xəstəliyin qarşısını almaq üçün göz gigiyenasına diqqət yetirilməli, göz makiyajı düzgün təmizlənməli və göz həkiminin təyin etdiyi vasitələrdən istifadə olunmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR