İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoca Səmədovun oğlu həbs edildi - TƏFƏRRÜAT

1374 19.01.2026 11:12 Kriminal A A

Yevlaxda tanışını güllələyən sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov barəsində həbs qərarı çıxarılıb.

Polisin təqdimatı əsasında Zaur Səmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə it döyüşü üstündə olmayıb.

Məlumata görə, Zaur Səmədovun tanışı Qoşqar Novruzovun heyvanı onun torpaq sahəsinə daxil olub. Bu zaman Zaur Səmədovun iti hürə-hürə heyvana hücum edib. Qoşqar Novruzov itə əsəbləşdiyi üçün onların aralarında mübahisə yaranıb. Mübahisə zəminində Zaur Səmədov Qoşqar Novruzova atəş açıb./Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR