Qoşunların geri çəkilməsi yalnız bərabərlik prinsipi əsasında mümkündür.
Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vloloimir Zelenski jurnalistlərə bildirib.
“Əgər qoşunların geri çəkilməsini istəyirsinizsə, hər iki tərəf eyni məsafədə geri çəkilməlidir. Biz 5 km geri çəkilsək, onlar də 5 km geri çəkiləcək. Biz 10 km geri çəkiləndə onlar da 10 km geri çəkiləcək. Sonra isə hərbiləşdirilməmiş zona yaranacaq”, - deyə Zelenski vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, demarkasiya xətti yalnız hərbi əməliyyatların sonunda qoşunların yerləşdiyi ərazilər üzrə çəkilə bilər və bu “ədalətli seçim” sayılır.
“Biz Donbasın yalnız Ukrayna nəzarətində olan hissəsində qalacağıq. Bu, fundamental məsələdir. Kiyev amerikalı həmkarlarına Ukraynanın öz ərazilərindən çıxmayacağını bildirib. Bunun üçün nə imkan, nə də istək var. Ukrayna xalqı da buna ehtiyac görmür”, – Zelenski deyib.
O əlavə edib ki, Ukrayna sülh yolu ilə həll üçün vizyonunu ABŞ-a çatdırıb və Rusiya tərəfindən cavab gözləyir.
“Ən çətin məsələlər Ukraynanın ərazisi olub və qalır. Növbəti məsələ Zaporojye Atom Elektrik Stansiyasıdır. Üçüncü məsələ bərpa üçün maliyyələşdirmədir. Təhlükəsizlik zəmanətləri və monitorinq formatı ilə bağlı bir neçə digər texniki sual da var. Əgər söhbət 20 bəndlik plandan gedirsə, bu belədir. Və burada məsələ razılaşma nöqtələrində deyil, əksinə, məhz bu anda, indiyə qədər vizyonumuzu Amerika Birləşmiş Ştatlarına çatdırmağımızdadır”, – deyə Prezident bildirib.
Musavat.com






