İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus düşmənləri” İrəvanda – Moskvadan yeni TƏHDİD

981 05.05.2026 15:02 Gündəm A A

Rusiyanın Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev Ermənistan-Avropa İttifaqı münasibətlərinə toxunaraq Brüsseli saxtakarlıqda ittiham edib. Musavat.com xəbər verir ki, o, Avropa İttifaqının əslində, Ermənistanın quruma üzvlüyünü gözləmədiyini vurğulayıb.

Rusiyalı senator Kosaçev: NATO Rusiya sərhədlərində qüvvələrini artırmaq  üçün Baltik dənizində təxribat törədə bilər » Azərbaycan İnformasiya  Agentliyi

Kosaçov qeyd edib ki, Avropa Birliyində heç kim Ermənistanı gözləmir. Həmçinin transatlantik icmanın əsas məqsədinin Ermənistan və Rusiya arasında münasibətləri çətinləşdirmək olduğunu bildirib. Kosaçev deyib ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi tendensiyası mövcuddur, halbuki bu münasibətlər əvvəlki nəsillərin səyləri ilə qurulub və möhkəmləndirilib. Siyasətçi xəbərdarlıq edib ki, əgər Rusiya əleyhinə əhval-ruhiyyəli şəxslər 7 iyuna təyin olunmuş parlament seçkilərində mövqelərini gücləndirsələr, böhran dönməz hala gələ bilər. Federasiya Şurasının sədr müavini onu da qeyd edib ki, Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsi Rusiya əleyhinə addımdır. Onun sözlərinə görə, Aİ-dən kənarda bu qədər çox sayda “rus düşməni” bir yerdə görmək nadir haldır. Eyni zamanda, Kosaçev xatırladıb ki, Moskvada, o cümlədən Federasiya Şurasında Ermənistanın Rusiya ilə ortaq tarixinə hörmətlə yanaşdığına və Rusiyaya zərər verəcək addımlar atmayacağına əmindirlər.

Yada salaq ki, Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsi Rusiyanın qəzəbinə səbəb olub. Duma üzvləri, ayrı-ayrı siyasətçilər, jurnalist Marqarita Simonyan Paşiyan hakimiyyətini təhdid edir, cəzalandırmağa çağırır. Xüsusən də Ukrayna lideri Zelenskinin İrəvanda 9 May paradı ilə bağlı Moskvaya hədələri Rusiyanı daha çox hiddətləndirib. Kreml kluarlarında hesab edirlər ki, Aİ-İrəvan sammiti, Fransa prezidentinin bu ölkəyə gəlişi Qərbin Cənubi Qafqazda mövqeyini gücləndirmək, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa hesablanıb.


Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR