İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus milyarderdən Paşinyana BAHALI HƏDİYYƏ - Putindən jest, yoxsa?

1269 12.02.2026 10:59 Siyasət A A

Rusiyadan olan iş adamı Vladimir Yevtuşenko Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Musavat.com xəbər verir ki, rusiyalı biznesmen hökumət başçısına "Qjel" assosiasiyası tərəfindən hazırlanmış, yüksək keyfiyyətli çinidən düzəldilmiş, qızıl suyuna çəkilmiş unikal nüsxədə, 400 min erməni dramı dəyərində "Mavi Tac" çay dəsti hədiyyə edib.

Bu xəbəri Ermənistanın “Joğhovurd” qəzeti yazıb.

Nəşr Rusiya-Ermənistan münasibətlərinin indiki dövrünə diqqət çəkib və baş nazirin rus iş adamından hədiyyə qəbul etməsini xüsusi vurğulayıb. Bu hədiyyə ilə yanaşı parlamentin spikeri Alen Simonyanın Moskvaya səfəri və Rusiyanı "qardaş millət" adlandırması ayrıca qeyd olunur. Nəşr qeyd edir ki, münasibətlər ziq-zaq xarakterli olsa da, son zamanlar Moskva-İrəvan xəttində müxtəlif səviyyələrdə görüşlər keçirilir.

Qeyd edək ki, “Sistema” maliyyə-kredit şirkətinin rəhbəri olan Vladimir Yevtuşenko Rusiyada milyarderlərdən biridir.

Emil Salamoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR