İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Bakıda 5 milyard və “ingilis barmağı” axtarır

1815 27.02.2026 11:00 Siyasət A A

Analitiklərin fikrincə, bu narahatlığın arxasında həm regional təsir uğrunda rəqabət, həm də enerji və təhlükəsizlik balansının dəyişməsi dayanır


Cənubi Qafqazda geosiyasi dinamika yenidən dəyişir. Son dövrlər Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi Rusiya tərəfindən diqqətlə izlənilir və Moskvanın bu prosesdən narahat olduğu bildirilir. Analitiklərin fikrincə, bu narahatlığın arxasında həm regional təsir uğrunda rəqabət, həm də enerji və təhlükəsizlik balansının dəyişməsi dayanır.
“Birləşmiş Krallıq və Azərbaycan su infrastrukturunun modernləşdirilməsi, yaşıl enerjinin inkişafı və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla, böyük birgə layihələr hazırlayırlar. Tərəflər əvvəllər əməkdaşlığını strateji səviyyəyə qaldırıblar”.

Picture backgroundMusavat.com xəbər verir ki, bu barədə "İzvestiya"nəşri yazır. Bildirilir ki, Londonun bu sahədə artan fəaliyyəti Cənubi Qafqazdakı mövqeyini gücləndirmək üçün daha geniş strategiyanın yalnız bir hissəsidir. Son 30 ildə enerji əməkdaşlığı, əsasən neft-qaz şirkəti BP tərəfindən idarə olunan layihələrdə, Azərbaycan-Britaniya iqtisadi əlaqələrinin təməlini təşkil edib.Təkcə ötən ilin birinci yarısında investisiyaların ümumi həcmi 806 milyon dollar təşkil edib. Rusiya nəşrinə görə, hazırda iki ölkə arasında əməkdaşlıq tədricən ənənəvi enerji gündəliyindən kənara çıxır: “2025-ci ildə tərəflər münasibətlərini strateji səviyyəyə qaldırıblar və praktik əməkdaşlığın ilk sahələri artıq ortaya çıxmağa başlayır. Böyük Britaniyanın Bakıdakı səfirliyinin kommersiya attaşesinin sözlərinə görə, London Azərbaycanda layihələrin həyata keçirilməsi üçün 5 milyard funt sterlinqə qədər maliyyə alətlərindən istifadə etməyi düşünür. Bu, ayrı-ayrı sektorlara diqqət yetirmək əvəzinə, infrastrukturun inkişafına hərtərəfli dəstək göstərməyi nəzərdə tutur. Digər yeni əməkdaşlıq sahəsi təhlükəsizlikdir. Keçən il Böyük Britaniya 1992-ci ildən bəri qüvvədə olan silah embarqosunu ləğv etdi. "İzvestiya"nın ekspertlərin fikrincə, Böyük Britaniya digər Qərb dövlətləri kimi, Cənubi Qafqaz regionunda təsir uğrunda mübarizəyə qoşulub.

Ekspertlərin Musavat.com-a dediyinə görə, “İzvestiya”nın yazısından aydın olur ki, Moskvanın narahatlığı konkret bir layihə ilə bağlı deyil. Əsas səbəb Azərbaycan ilə Britaniya arasında dərinləşən tərəfdaşlığın regionda uzunmüddətli strateji dəyişikliklərə yol aça biləcəyi ehtimalıdır. Bu proses Cənubi Qafqazı böyük güclər arasında rəqabətin daha aktiv mərhələsinə daxil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR