İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Britaniyaya hücum edəcək? - SON DƏQİQƏ AÇIQLAMASI

1097 19.12.2025 14:56 Gündəm A A

Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Riçard Nayton Rusiyanın ölkəsinə mümkün hücumu ilə bağlı analitik qiymətləndirməni açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırda britaniyalı analitiklərin hesablamalarına əsasən, Rusiyanın Böyük Britaniyaya birbaşa hücum ehtimalı çox aşağıdır və 5 faizdən azdır.

Nayton bu ehtimalı maraqlı bir müqayisə ilə izah edib. O bildirib ki, bu göstərici bukmeyker kontorlarının həftənin sonuna olan proqnozlarına əsasən, “Liverpul”un Premyer Liqanı qazanma ehtimalı ilə eyni səviyyədədir.

“Bu, ehtimalın aşağı olduğunu göstərir, amma eyni zamanda tamamilə sıfır olmadığını da unutmamalıyıq”, – deyə Böyük Britaniyanın Müdafiə Qərargahının rəhbəri vurğulayıb.

Britaniyalı hərbi rəhbər bu açıqlaması ilə təhlükənin şişirdilməməli olduğunu, lakin risklərin də tamamilə istisna edilmədiyini diqqətə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR