Ukrayna Müdafiə Qüvvələri Kupyanskdakı növbəti rus hücumunu geri oturdaraq şəhərə bütün giriş yollarını nəzarət altına alıb.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.
Ukrayna Milli Qvardiyasının “Xartiya” korpusunun məlumatına görə, Ukrayna bölmələri Kupyanskın şimal-qərb hissəsini tamamilə təmizləyib və düşmənin quru təchizat yollarını kəsib.
Əməliyyat zamanı Kondraşovka, Radkovka və ətraf ərazilər azad edilib. 200-dən çox hərbçidən ibarət rus qruplaşması tam mühasirəyə düşüb və yalnız hava dronları vasitəsilə təchizat ala bilir.
Qeyd olunub ki, Kupyanskın şimalındakı rus bölmələrinin hücumları hər gün davam edir, lakin hamısı dəf edilir. Kupyanskın mərkəzində döyüşlər hələ də davam edir, lakin şəhərin azad edilməsi yalnız zaman məsələsidir.
Musavat.com






