Rusiya real sülhdə maraqlı deyil, lakin “sülh planı” tələbləri üzrə kompromisə getməyə məcbur qala bilər.
Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirib.
ISW qeyd edib ki, Kremlin irəli sürdüyü tələblər təkcə son 20 bəndlik sülh planı ilə deyil, ilkin 28 bəndlik variantla da ziddiyyət təşkil edir.
Hesabatda qeyd olunur ki, Rusiya istənilən ədalətli sülh planı ilə uzlaşmayan şərtlər irəli sürməkdə davam edir.
Bu isə Kremlin danışıqları real müharibə sonlandırılması üçün deyil, təzyiq aləti kimi istifadə etmək niyyətindən xəbər verir.
ISW-nin qənaətinə görə, Rusiya müharibənin faktiki bitməsində maraqlı deyil.
Analitiklər ABŞ-ın NATO-dakı səfiri Mett Uitakerin “top indi Rusiyanın tərəfindədir” bəyanatını da xatırladıblar.
O bildirib ki, Rusiya qoşunları döyüş meydanında “çox cüzi” irəliləyişlər qarşılığında ciddi itkilər verir.
Musavat.com






