24 fevral Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümüdür. 2022-ci ilin bu günündə Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı hücuma başladı və Avropada onilliklərin ən böyük müharibəsi başladı.
Dörd il keçməsinə baxmayaraq, tərəflərdən heç biri qəti qələbə əldə etməyib. Rusiya müəyyən əraziləri nəzarəti saxladığını bildirir, Ukrayna isə Qərbin dəstəyi ilə müqavimətini davam etdirir. Müharibə uzandıqca həm hərbi, həm iqtisadi, həm də humanitar itkilər artır.
Bu günün əsas sualı isə dəyişmir: dörd ildən sonra bu savaşda kim qalibdir, kim məğlub? Real üstünlük kimdədir?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






