İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN-dən sərt mövqe: “Vaşinqtonun İrana yeni hərbi zərbə hədələri yolverilməzdir”

3186 13.01.2026 21:41 Dünya A A

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı mümkün yeni hərbi zərbələrlə bağlı səsləndirdiyi hədələri kəskin şəkildə pisləyib.

Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məsələ ilə bağlı açıqlamasında bildirib ki, ABŞ tərəfindən Iran əleyhinə güc tətbiqi ilə hədələmə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və regionda vəziyyəti daha da gərginləşdirir.

Zaxarova İran ətrafında yaranmış vəziyyəti şərh edərkən əsas tezisləri diqqətə çatdırıb:

ABŞ-nin İrana qarşı hərbi zərbə hədələri qətiyyən yolverilməzdir və BMT nizamnaməsinə ziddir;

Güc tətbiqi və ya onunla hədələmə Yaxın Şərqdə onsuz da həssas olan sabitliyi ciddi risk altına qoyur;

Xarici müdaxilə cəhdləri İran daxilindəki prosesləri daha da kəskinləşdirə və genişmiqyaslı qarşıdurmaya yol aça bilər;

Mövcud problemlər yalnız siyasi-diplomatik vasitələrlə, dialoq yolu ilə həll olunmalıdır.

Rusiya XİN rəsmisi vurğulayıb ki, Moskva bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin nəzarətdən çıxmasına imkan verməməyə çağırır.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR