İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yeni şərtlər irəli sürdü: Ukrayna üçün ŞOK TƏLƏB

1714 10.02.2026 12:01 Dünya A A

Ukrayna ilə hər hansı sülh müqaviləsi yalnız Kiyevin maraqlarını deyil, hər şeydən əvvəl “Rusiya üçün təhlükəsizlik zəmanətlərini” təmin etməlidir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu şərt olmadan nizamlamanın mümkünlüyündən danışmaq real deyil.

Qruşko həmçinin qeyd edib ki, Avropa İttifaqı liderləri gələcək müqavilənin “əsas elementi” sayılan bu zəmanətlərdən hələ danışmırlar.

Rusiya rəsmisi aydınlaşdırıb ki, Moskva tərəfindən nəzərdə tutulan “təhlükəsizlik zəmanətləri” dedikdə Ukraynanın NATO-ya qoşulmasının qadağan edilməsi, Alyans qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinə yol verilməməsi və Rusiyaya qarşı potensial “təhdidlərin” yaranmasının qarşısının alınması məqsədilə Ukrayna ərazisindən istifadənin dayandırılması başa düşülür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR