İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 90-lar geri qayıdır: mafiyanın ağır cinayətləri 34% artdı

960 04.12.2025 22:23 Dünya A A

Rusiyada mafiyanın hökm sürdüyü “Dəli 90-lar” 2025-ci ilə qayıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya DİN-i və məhkəmələri mütəşəkkil cinayətkarlıq üzrə işlərin kəskin artdığını qeydə alır. Mafiya tərəfindən törədilən ağır cinayətlərin sayı il ərzində 34% yüksəlib

Göstəricilər bu ilin yanvar–oktyabr ayları ilə 2024-cü ilin eyni dövrü müqayisə edilərək hazırlanıb.

Rəsmi statistikaya görə, yanvardan oktyabra qədər mütəşəkkil qruplar və ya cinayət birlikləri tərəfindən 44 min ağır və xüsusilə ağır cinayət törədilib — bu, +33,6% artım deməkdir. Bu cür cinayətlərin ümumi ağır cinayətlər içindəki xüsusi çəkisi isə 2024-cü ilin yanvar–oktyabr dövrü ilə müqayisədə 14,5%-dən 18,3%-ə yüksəlib. Ümumilikdə, qrup halında törədilən cinayətlərin sayı 18% artıb.

Müharibə başlayandan sonra korrupsiya işlərinin sayı da kəskin artır və məmurlar daha tez-tez həbs olunur.

Son ilin ən səs-küylü qalmaqalları:
— məmur neftayırma zavodunu “oğurlayıb”;
— Ali məhkəmə hakimi fahişəliyi “himayə edib”;
— müdafiə nazirinin müavininin 2,5 milyard rubl dəyərində əmlakı müsadirə olunub.

Bu cinayətlərin əksəriyyəti qanunvericiliyə görə “bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq” törədilən cinayətlər kateqoriyasına düşür.

Məhkəmə statistikasında da iri cinayətkar qrupların aktivliyinin kəskin artdığı görünür.

Məlumata görə, müharibənin ilk üç ilində Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsinin 1-ci hissəsi (cinayətkar birlik yaratma) üzrə məhkum edilənlərin sayı 19 nəfərdən 78-ə yüksələrək dörd dəfə artıb.

Maddənin 2-ci, 3-cü və 4-cü hissələri (cinayət təşkilatında iştirak, o cümlədən vəzifəli şəxslər tərəfindən) üzrə isə məhkumların sayı iki dəfə artıb — 98-dən 198 nəfərə.

Ötən üç ildə mütəşəkkil cinayətkar qrupların Ukrayna müharibəsində iştirakı da aktivləşib.

Məlumdur ki, ən azı dörd kriminal avtoritet “Xüsusi Hərbi Əməliyyat” (ruslarınUkraynadakı işğalçı müharibəyə qoyduğu ad-red.) zamanı həlak olub — onlar digər məhbuslar kimi həbsxalanalrdan “Vaqner” özəl hərbi şirkətinə cəlb olunublar. Sağ qalanlar isə geri dönərək əvvəlki cinayət fəaliyyətlərini bərpa edirlər. Bəziləri isə azadlığa çıxıb müharibəyə göndərildikdən sonra sadəcə cəbhədən qaçır — məsələn, Zabaykalye bölgəsinin ən qanlı mafiyasının başçısı Veder (Vedernikov) kimi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR